YAPON KLASSİK POEZİYASININ MİFOLOJİ QAYNAQLARI: “KOJİKİ” VƏ “NİHON SHOKİ”DƏ POETİK DÜŞÜNCƏ VƏ MİLLİ YADDAŞ
Açar sözlər
yapon ədəbiyyatı, klassik poeziya, “Kojiki”, “Nihon Shoki”, qədim nəğmələr, mifologiya, poetik düşüncə, milli yaddaş, şifahi ənənəXülasə
Məqalədə yapon klassik poeziyasının ilkin inkişaf mərhələsinin öyrənilməsində mühüm mənbələr hesab olunan “Kojiki” və “Nihon Shoki” salnamələrindəki poetik parçalar, mifoloji obrazlar və qədim yapon dünyagörüşünün bədii ifadə xüsusiyyətləri araşdırılır. VIII əsrdə tərtib edilmiş bu əsərlər yalnız mifoloji və tarixi məlumatları əks etdirən mətnlər deyil, həm də qədim nəğmə ənənəsinin, kollektiv yaddaşın və poetik düşüncənin qorunub saxlandığı ədəbi abidələrdir. Tədqiqatda hər iki salnamənin yaranma tarixi və ədəbi xüsusiyyətləri müqayisəli şəkildə nəzərdən keçirilir, “Kojiki”dəki emosional ifadə tərzi, “Nihon Shoki”dəki tarixi-siyasi təqdimat, təbiət obrazları, ilahi qüvvələr, hakimiyyət və nikah motivləri təhlil olunur. Eyni zamanda qədim nəğmələrin şifahi ənənə ilə yazılı ədəbiyyat arasındakı əlaqəni əks etdirməsi və sonrakı yapon poetik düşüncəsinə təsiri araşdırılır. Nəticədə “Kojiki” və “Nihon Shoki”nin yapon klassik poeziyasının mifoloji qaynaqlarını, estetik xüsusiyyətlərini və milli yaddaşın formalaşmasındakı rolunu öyrənmək baxımından mühüm elmi əhəmiyyət daşıdığı əsaslandırılır.
Referanslar
1. Duthie, T. “Songs of the Records and Chronicles.” In: Shirane, H., Suzuki, T., Lurie, D. (eds.). The Cambridge History of Japanese Literature. Cambridge: Cambridge University Press, 2015, pp. 40–44. DOI: https://doi.org/10.1017/CHO9781139245869.005
2. Əfəndiyev P. Ş. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Elm və Təhsil, 2013, 600 s.
3. Lurie David. “Introduction: Writing, Literacy, and the Origins of Japanese Literature.” In: The Cambridge History of Japanese Literature. Cambridge University Press, 2015, pp. 15–21.
4. Məmmədova X. Yapon ədəbiyyatının mərhələləri // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. 2018-ci il buraxılışı.
5. Ō no Yasumaro. The Kojiki: An Account of Ancient Matters. Translated by Gustav Heldt. New York: Columbia University Press, 2014.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Horizon Multidisiplinar Elmi Jurnal

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.

