MÜSTƏQİLLİK DÖVRÜNDƏ NAXÇIVANDA ƏDƏBİ TƏNQİDİN İNKİŞAF YOLU

Müəlliflər

Açar sözlər

Naxçıvan ədəbi mühiti, müstəqillik dövrü, ədəbi tənqid, Azərbaycan ədəbiyyatşünaslığı, milli düşüncə, ədəbi irs, elmi-nəzəri təhlil

Xülasə

Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə Naxçıvanda ədəbi tənqidin inkişaf mərhələləri, əsas istiqamətləri və elmi-nəzəri xüsusiyyətləri araşdırılır. Müstəqillik illərində milli düşüncənin güclənməsi, sovet ideoloji məhdudiyyətlərinin aradan qalxması və ədəbi-mədəni irsə yeni elmi münasibətin formalaşması kontekstində Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin fəaliyyəti təhlil edilir. Tədqiqatda Yavuz Axundlu, Hüseyn Həşimli, Əsgər Qədimov, Məhərrəm Cəfərli, Fərman Xəlilov, Əbülfəz Əzimli, Seyfəddin Eyvazov və digər ədəbiyyatşünasların elmi yaradıcılığına xüsusi diqqət yetirilir, onların ədəbi tənqidin inkişafına verdikləri töhfələr səciyyələndirilir. Müxtəlif dövrlərdə nəşr olunmuş monoqrafiyalar, elmi məqalələr və resenziyalar əsasında ədəbi-tənqidi fikrin mövzu dairəsi, metodoloji yanaşmaları və bədii əsərlərin qiymətləndirilməsi prinsipləri nəzərdən keçirilir. Eyni zamanda klassik və müasir ədəbi irsin öyrənilməsi, tarixi nəsrin, poeziyanın, dramaturgiyanın və folklorun tədqiqi istiqamətində həyata keçirilən elmi fəaliyyətin əhəmiyyəti müəyyənləşdirilir. Araşdırma nəticəsində göstərilir ki, müstəqillik dövründə Naxçıvanda ədəbi tənqid mürəkkəb ictimai-siyasi şəraitə baxmayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş, milli-mənəvi dəyərlərin qorunmasında, ədəbi irsin elmi baxımdan dəyərləndirilməsində və Azərbaycan ədəbiyyatşünaslığının zənginləşməsində mühüm rol oynamışdır.

Referanslar

Axundlu, Y. (1998). Tarixi roman yeni mərhələdə. Maarif. (176 s.)

Axundlu, Y. (2002). Ədəbi mühit və sənətkar. Adiloğlu. (188 s.)

Babayev, R. (2000, 15 aprel). Yaddaşın bərpası. Şərq qapısı.

Cəfərli, M. (1992). Günün həqiqətləri. Azərbaycan, (1–2), 181–183.

Əliyev, V. (1974, 19 noyabr). Fəhlə şair. Şərq qapısı.

Əliyev, V. (1980, 6 iyul). Adalar. Şərq qapısı.

Əzimov, Ə. (1986). Şairin vətəndaş fəallığı. Azərbaycan, (3), 184–187.

Əzimov, Ə. (1988). Dünyanın dərdi, şair narahatlığı. Azərbaycan, (6), 187–189.

Əzimov, Ə. (1990). Narahat şair, narahat şeirlər. Azərbaycan, (7), 182–185.

Eyvazov, S. (2002). Şərur ədəbi birliyi. Elm. (80 s.)

Həşimli, H. (1988, 5 oktyabr). Sənət yolunun təzə yolçusu. Şərq qapısı.

Həşimli, H. (1990). Müasirlik və tarixilik. Azərbaycan, (6), 185–186.

Həşimli, H. (2000, 8 iyul). Özünütəsdiq yollarında. Şərq qapısı.

Hüseyn İbrahimov-80. (1999). Hüseyn İbrahimov-80: Təbriklər, məqalələr, xatirələr toplusu (H. Həşimli, tərtibçi və redaktor). Yurd. (126 s.)

Mehdi, H. (2000). Çağdaş poema və gerçəklik. Elm. (200 s.)

Müasir Azərbaycan ədəbiyyatı (Cild 1). (2007). Bakı Universiteti nəşriyyatı. (504 s.)

Sadıqzadə, N. (2009). XX əsrdə Naxçıvanda ədəbiyyatşünaslığın inkişafı. Elm. (168 s.)

Xəlilov, F. (1981, 18 avqust). Mirzə Əli Möcüzün yeni Təbriz nəşrləri. Sovet Naxçıvanı.

Yusifli, V. (2014). Ədəbi həyat. Vektor nəşrlər evi. (326 s.)

Yayımlanıb

2026-10-22

Oxşar məqalələr

1-10 : 76

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.