MAARİFÇİLİK, MƏTBUAT VƏ QADIN CƏMİYYƏTLƏRİ: 1900-1918-Cİ İLLƏRDƏ AZƏRBAYCAN QADINININ İCTİMAİ SƏFƏRBƏRLİYİNİN FORMALAŞMASI (GENDER PERSPEKTİVİNDƏ)
Açar sözlər
Azərbaycan qadınları, gender tarixi, maarifçilik, qadın təhsili, İşıq qəzeti, Molla Nəsrəddin, qadın cəmiyyətləri, ictimai səfərbərlikXülasə
XX əsrin əvvəlləri Azərbaycan qadınlarının ictimai mövqeyində dəyişikliklərin meydana çıxdığı mühüm tarixi mərhələ olmuşdur. Rusiya imperiyasında baş verən siyasi proseslər, şəhər həyatının genişlənməsi, maarifçilik hərəkatının güclənməsi və milli mətbuatın inkişafı qadınların təhsil, mədəniyyət və ictimai təşkilatlanma sahələrində iştirakına yeni imkanlar yaratmışdır. Məqalədə 1900-1918-ci illərdə Azərbaycan qadınlarının ictimai səfərbərliyinin formalaşması gender tarixi baxımından araşdırılır. Qız məktəblərinin fəaliyyəti, qadın müəllimlərin ictimai mövqeyi, mətbuatda qadın məsələsinin təqdimatı və xeyriyyə cəmiyyətlərinin təşkilatlanma təcrübəsi qarşılıqlı əlaqədə təhlil edilir. Xüsusilə İşıq qəzeti və Molla Nəsrəddin jurnalında qadın hüquqları, ailə münasibətləri və gender normaları ətrafında aparılan müzakirələrin qadınların ictimai subyekt kimi tanınmasına təsiri nəzərdən keçirilir. Tədqiqat göstərir ki, qadınların ictimai fəallığı yalnız 1918-ci ildə əldə etdikləri siyasi hüquqların nəticəsi deyil, əvvəlki illərdə formalaşmış maarifçilik təşəbbüslərinin, mətbuat təcrübəsinin və kollektiv fəaliyyətin davamı kimi qiymətləndirilməlidir. Bununla yanaşı, modernləşmə prosesinin bütün qadınları eyni dərəcədə əhatə etmədiyi, sosial mənsubiyyət, yaşayış mühiti və ənənəvi ailə münasibətlərinin ictimai iştirak imkanlarını məhdudlaşdırdığı müəyyənləşdirilir.
Referanslar
Abdullayeva, Sh. A., Rostovskaya, T. K., & Rostovskaya, N. A. (2019). Женский вопрос в Азербайджане в периодической печати 1903-1913 гг. [1903-1913-cü illərdə Azərbaycan dövri mətbuatında qadın məsələsi]. Женщина в российском обществе, (2), 74-86. https://doi.org/10.21064/WinRS.2019.2.7
Abdullayeva, Y. (2020). Crafting the modern woman in Azerbaijan. Muslim women, the state, and modernity, 1900-1939 [Doktorluq dissertasiyası, University of Waterloo].
Afary, J., & Afary, K. (2022). Mollā Nasreddin. The making of a modern trickster (1906-1911). Edinburgh University Press.
Aliyeva, L. (2024). Civil and political rights of Muslim women in the Russian Empire in the early twentieth century. Science, Education and Innovations in the Context of Modern Problems, 7(1-2), 119-132.
Aydın, H. (2018). İlk kadın gazetesi Işık’ın (1911-1912) Azerbaycan basın tarihindeki yeri [Magistr dissertasiyası, Mimar Sinan Güzel Sanatlar Üniversitesi].
Dadashova, S. (2025). Shaping identity. Gender discourse in Azerbaijani literature of the early twentieth century. Interventions, 27(2), 287-305. https://doi.org/10.1080/1369801X.2024.2400357
Mamedova, R. (2025). Periodicals on the transformation of Turkic Muslim women in the South Caucasus in Imperial Russia. Uluslararası İdil-Ural ve Türkistan Araştırmaları Dergisi, 7(1), 23-35. https://doi.org/10.59305/ijvuts.1589981
Məmmədova, N. (2020). Azərbaycanda ilk qadın ictimai təşkilatları (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində). Bakı Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası, (4), 115-121.
Muradova, A. C. (2007). Вовлечение женщин Азербайджанской ССР в органы государственной власти (20-30-е годы ХХ века) [Azərbaycan SSR qadınlarının dövlət hakimiyyəti orqanlarına cəlb edilməsi]. Nurlan.
Rice, K. (2024). Muslim women and educational reform in the early-twentieth-century Southern Caucasus. Urbanization and heterosocialization at the dawn of revolution. Journal of Women's History, 36(2), 117-138. https://doi.org/10.1353/jowh.2024.a929071
Rustamli, N. (2026). Matbuatın aynasında kadın. 20. yüzyılın başlarında Azerbaycan’da kadın meselesi üzerine tartışmalar ve söylemler. Kültür Araştırmaları Dergisi, (29), 1-30. https://doi.org/10.46250/kulturder.1778363
Swietochowski, T. (1985). Russian Azerbaijan, 1905-1920. The shaping of national identity in a Muslim community. Cambridge University Press.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Horizon Multidisiplinar Elmi Jurnal

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.

