İSLAM SƏFƏRLİNİN ƏSƏRLƏRİNDƏ TOPONİMLƏRİNLİNQVİSTİK VƏ POETİK XÜSUSİYYƏTLƏRİ
Anahtar Kelimeler:
İslam Səfərli- toponim- onomastika- oykonim- hidronim- oronim- mikrotoponim- poetik funksiya- milli-mədəni yaddaşÖz
Məqalədə görkəmli Azərbaycan şairi İslam Səfərlinin yaradıcılığında işlənən
toponimlərin linqvistik, leksik-semantik və poetik xüsusiyyətləri araşdırılır.
Tədqiqatın məqsədi şairin əsərlərində yer adlarının işlənmə xüsusiyyətlərini
müəyyənləşdirmək, onların bədii mətnin məzmununa, ideya istiqamətinə və
emosional təsir gücünə verdiyi töhfəni üzə çıxarmaqdır. Araşdırmada
toponimlərin onomastik sistemdəki mövqeyi, semantik məzmunu, kontekstual
işlənmə imkanları və üslubi funksiyaları nəzərdən keçirilir. İslam Səfərlinin
Naxçıvanla bağlı əsərləri əsasında yer adlarının poetik mətndəki rolu təhlil
olunur. Naxçıvan, Batabat, Salvartı və Biçənək kimi coğrafi adların konkret
məkan göstəricisi olmaqla yanaşı, doğma yurda məhəbbət, vətənpərvərlik və
milli-mədəni yaddaşın ifadəsinə xidmət etdiyi göstərilir. Tədqiqat zamanı
təsviri, kontekstual və leksik-semantik təhlil metodlarından istifadə olunur.
Nəticədə müəyyənləşdirilir ki, şairin yaradıcılığında toponimlər yalnız coğrafi
obyektləri adlandıran dil vahidləri deyil, həm də poetik obrazlılığı gücləndirən,
məkan təsəvvürü yaradan və milli-mənəvi dəyərləri ifadə edən bədii
vasitələrdir.
Referanslar
1. “Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)”. Ethnoglobus.az. Elektron resurs:
https://ethnoglobus.az/1430-rzin-rfi-naxcvan-1-ci-hiss.html (müraciət tarixi: 12.10.2026).
2. Məmmədov N.G. Toponimika: dərslik. Elmi redaktorlar: Ş.Y. Göyçaylı, F.K. Xalıqov. Bakı:
Bakı Universiteti Nəşriyyatı, 2007, 408 s.
3. Səfərli İ.Ə. Seçilmiş əsərləri. Tərtib edən: H.Səfərli; ön sözün müəllifi: V.Yusifli. Bakı:
Lider nəşriyyat, 2005, 224 s.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

