MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN NƏSRİNİN JANR SPESİFİKASI
Anahtar Kelimeler:
Azərbaycan nəsri- müstəqillik dövrü- janr transformasiyası- postmodernizm- milli yaddaş- Qarabağ mövzusuÖz
Məqalədə müstəqillik dövrü Azərbaycan nəsrinin janr və üslub xüsusiyyətləri, onun ideya-estetik inkişaf istiqamətləri və bədii təfəkkürdə baş verən dəyişikliklər təhlil olunur. Tədqiqatda postmodern təfəkkürün nəsrə təsiri, bədii zaman və məkanın transformasiyası, fərdi və milli yaddaşın bədii ifadəsi, Qarabağ müharibəsi və postmüharibə reallıqlarının ədəbiyyatda əksi araşdırılır. Roman, povest, hekayə və sənədli-bədii nəsr janrlarının inkişaf meylləri, janrlararası sintez, üslub çoxsəsliliyi və psixoloji təhlilin dərinləşməsi diqqət mərkəzində saxlanılır. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı və Afaq Məsudun yaradıcılığı əsasında müasir Azərbaycan nəsrində postmodern və modernist poetikanın təzahürləri nəzərdən keçirilir. Araşdırma göstərir ki, müstəqillik dövründə Azərbaycan nəsri ənənəvi bədii modellərdən uzaqlaşaraq insanın daxili dünyasını, tarixi təcrübəni, milli kimliyi və dəyişən sosial reallıqları daha mürəkkəb, çoxqatlı və fərqli estetik üsullarla ifadə edən dinamik ədəbi sistemə çevrilmişdir.
Referanslar
1. Əlişanoğlu, T. “Qarabağ mövzusunda müharibə romanları” // Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. 2 cilddə. II cild. Bakı: Elm və təhsil, 2016, s. 154–174.
2. Həsənova, L. “Müasir Azərbaycan nəsri: inkişaf meylləri və perspektivlər (2000-ci illərin romanları əsasında)” // Recep Tayyip Erdoğan Üniversitesi Fen-Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Dergisi. 2023, c. 4, № 2, s. 82–95.
3. Şərifova, S. Ş. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili. Bakı: Elm və təhsil, 2022, 444 s.
4. Həbibbəyli, İ. Ə. “Ədəbiyyatda Qarabağ mövzusunun elmi-nəzəri dərki” // Şərifova, S. Ş. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili. Bakı: Elm və təhsil, 2022, s. 8–24.
5. Abdulla, K. Yarımçıq əlyazma. Bakı: Mütərcim, 2012.
6. Əliyeva, X. “Kamal Abdullanın ‘Yarımçıq əlyazma’ postmodern romanında mistifikasiya” // Poetika.izm. 2016, № 2.
7. Bakhtin, M. M. “Forms of Time and of the Chronotope in the Novel” // The Dialogic Imagination: Four Essays. Austin: University of Texas Press, 1981.
8. Anar. Əsərlər. I cild: Hekayələr, povestlər. Bakı: Nurlan, 2003, 578 s.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

