NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA DÖVLƏT ARXİV QURUCULUĞU
Anahtar Kelimeler:
Naxçıvan Muxtar Respublikası- dövlət arxiv quruculuğu- Milli arxiv fondu- arxiv sənədləri- tarixi yaddaşÖz
Məqalədə Naxçıvan Muxtar Respublikasında dövlət arxiv quruculuğunun yaranması, tarixi inkişaf mərhələləri, təşkilati strukturu və hüquqi əsasları araşdırılır. Naxçıvanın mürəkkəb tarixi-siyasi şəraitində arxiv sənədlərinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məsələləri tarixi faktlar və sənədli materiallar əsasında şərh olunur. Tədqiqatda 1925-ci ildə Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivinin yaradılması, sonrakı dövrlərdə arxiv orqanlarının strukturunda baş verən dəyişikliklər və rayon dövlət arxivlərinin təşkili prosesi nəzərdən keçirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra arxiv işinin inkişafında yeni mərhələnin başlandığı, xüsusilə 1999-cu ildə qəbul edilmiş “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun və 2002-ci ildə imzalanmış müvafiq prezident fərmanının bu sahənin hüquqi və təşkilati cəhətdən təkmilləşdirilməsində mühüm rol oynadığı vurğulanır. Məqalədə Heydər Əliyevin milli arxiv sisteminin formalaşdırılması və inkişafı istiqamətindəki fəaliyyəti ayrıca diqqət mərkəzinə gətirilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan tarixi sənədlər, şəxsi fondlar, əlyazmalar, fotoşəkillər və kino materiallarının elmi-mədəni əhəmiyyəti təhlil edilir. Arxiv fondlarının regionun ictimai-siyasi, iqtisadi və mədəni tarixinin öyrənilməsində, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin araşdırılmasında mühüm mənbə olduğu göstərilir. Nəticə etibarilə, dövlət arxivlərinin yalnız tarixi sənədlərin mühafizəsini həyata keçirən müəssisələr deyil, həm də milli yaddaşın qorunmasına, tarixi həqiqətlərin üzə çıxarılmasına və elmi tədqiqatların inkişafına xidmət edən mühüm elmi-mədəni mərkəzlər olduğu əsaslandırılır.
Referanslar
1. Nax. MRDA. f. 299. s 4, iş 22. v.1-4
2. Nax. MRDA. f. 40. s. 1, iş 28. v. 38
3. Naxçıvan MRDA. f. 314, s 2, iş 8, v. 14
4. “Naxçıvan MSSR Mərkəzi Dövlət arxivlərinin məlumat kitabı” Tərtibçi F.A.Cəfərov. Bakı 1987-97.s
5. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu. 22 iyun 1999.
6. “Xalq qəzeti” 3 dekabr 2002
7. “Azərbaycan Respublikası Dövlət arxivlərinin əsas iş qaydaları” Bakı 2003
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

