İDMANÇILARIN SAĞLAMLIĞINDA ŞƏXSİ GİGİYENANIN ROLU

Yazarlar

Anahtar Kelimeler:

şəxsi gigiyena- idman- idmançı- fiziki stress- dəri örtüyü

Öz

Məqalədə şəxsi gigiyena qaydalarının cüdo ilə məşğul olan idmançılarda sağlamlıq, fiziki hazırlıq və məşq fəaliyyətinin səmərəliliyi üzərindəki rolu araşdırılmışdır. Tədqiqat göstərir ki, şəxsi gigiyena - bədənin, dəri örtüyünün, saçların, dırnaqların və ağız boşluğunun müntəzəm təmizliyi - idmançının funksional vəziyyətinə, fiziki dözümlülüyünə və xəstəliklərə qarşı müqavimətinə müsbət təsir göstərir. Yuxu rejiminin düzgün təşkili idmançının orqanizminin bərpasında və fiziki yüklənmələrə uyğunlaşmasında həlledici rol oynayır; yuxunun keyfiyyəti pozulduqda orqanizmin gərginliyə davamlılığı azalır və məşq prosesinin effektivliyi zəifləyir. Araşdırmada bədənin möhkəmləndirilməsi vasitələri kimi günəş, hava və su prosedurlarının sistemli və mərhələli tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu metodlar idmançıların soyuqdəymə və digər xəstəliklərə qarşı müqavimətini artırır, orqanizmin ümumi sağlamlıq göstəricilərini yaxşılaşdırır. Tədqiqatda elmi-nəzəri təhlil, müqayisəli-təhlil, ümumiləşdirmə və pedaqoji təhlil metodlarından istifadə olunmuş, həmçinin idman geyimlərinin və ayaqqabıların gigiyenik tələblərə uyğun seçilməsi, onların təmiz və saz vəziyyətdə saxlanması idmançıların sağlamlığı və etik davranış baxımından qiymətləndirilmişdir. Nəticələr göstərir ki, cüdo idman növünün xüsusiyyətləri, xüsusilə məşq və yarışların ayaqyalın keçirilməsi, şəxsi gigiyena və bədənin möhkəmləndirilməsi tədbirlərinə ciddi yanaşmanı zəruri edir. Sistemli gigiyena qaydalarına əməl edilmə idmançının fiziki hazırlığının yüksəldilməsinə, xəstəlik risklərinin azaldılmasına və məşq prosesinin davamlılığının təmin olunmasına mühüm töhfə verir.

Referanslar

1. Kazımov. M.A. Gigiyena – Bakı: Təbib, – 2005.

2. Bağırov N.C. Qidalanma gigiyenası. Bakı: Maarif – 1977.

3. Болшаков А.М. Новиковa И.М.Общая гигена.– Москва:– 1985.

4. Əliyev, S. A. İdman gigiyenası – Bakı: Maarif – 2016.

5. Əliyev, V.Ə. Uşaq və yeniyetmələr gigiyenası.Bakı-1995.

6. Məmmədov A.Q.Novruzov H.M. Yaş anatomiyası,fiziologiyası və gigiyenası.Bakı:2008.

7. Zeyniyev N.R. Axundov A.H. Uşaq anatomiyası,fiziologiyası və gigiyenası.Bakı-2014

8. Jigoro Kano-Kodokan Judo. Dərslik.1987.

Yayınlanmış

2026-10-15

Nasıl Atıf Yapılır

İDMANÇILARIN SAĞLAMLIĞINDA ŞƏXSİ GİGİYENANIN ROLU. (2026). Horizon Çok Disiplinli Bilimsel Dergi, 1(7), 145-150. https://horizonmsj.com/index.php/hmsjournal/article/view/123

Benzer Makaleler

Bu makale için ayrıca gelişmiş bir benzerlik araması başlat yapabilirsiniz.