1900-1905-Cİ İLLƏRDƏ ŞİMALİ AZƏRBAYCANDA MİLLİ ŞÜURUN OYANIŞINDA MƏTBUATIN VƏ MAARİFÇİLİYİN ROLU
Anahtar Kelimeler:
Milli şüur- Maarifçilik- "Şərqi-Rus" qəzeti- Usul-i cədid- Test- Milli burjuaziyaÖz
Bu məqalədə XX əsrin əvvəllərində (1900–1905) Şimali Azərbaycanda dini-etnik icma anlayışından dünyəvi milli şüura keçid prosesi təhlil edilir. Çar Rusiyasının ruslaşdırma və inzibati təzyiq siyasətinə qarşı milli ziyalılar idrakı müqaviməti və maarifçiliyi əsas strateji xətt seçmişlər. İsmayıl bəy Qaspıralının "usul-i cədid" məktəbləri və Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə açılan Şərqdə ilk dünyəvi Bakı Müsəlman Qız Məktəbi təhsil sahəsində mühüm dönüş nöqtəsi olmuşdur. Məhəmməd ağa Şahtaxtlının redaktorluğu ilə nəşr olunan "Şərqi-Rus" qəzeti milli mətbuatın intibahını təmin etmiş, ana dili, milli kimlik və dünyəvilik ideyalarının təbliğatçısına çevrilmişdir. Milli burjuaziya ilə ziyalı elitasının ittifaqı maliyyə müstəqilliyi yaradaraq siyasi təşkilatlanmanın və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ideoloji təməlini qoymuşdur
Referanslar
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

