RƏQƏMSAL İQTİSADİYYATDA IFRS TƏTBİQİNDƏ İNFORMASİYA AXINININ VAXTINDA VƏ DÜZGÜN İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ

Yazarlar

Anahtar Kelimeler:

IFRS- rəqəmsal iqtisadiyyat- informasiya axını- maliyyə hesabatlılığı- vaxtlılıq- məlumat keyfiyyəti- daxili nəzarət

Öz

Məqalədə rəqəmsal iqtisadiyyat şəraitində Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (BMHS – IFRS) tətbiqi zamanı informasiya axınlarının idarə edilməsi problemləri araşdırılır. Rəqəmsal mühitdə maliyyə məlumatları ERP platformaları, bank və vergi sistemləri ilə inteqrasiya interfeysləri, elektron qaimə-fakturalar kimi bir-biri ilə əlaqəli müxtəlif sistemlərdə formalaşır. Nəticədə, BMHS-nin tələb etdiyi şəffaflıq, müqayisəlilik və operativlik yalnız standartların müddəalarına riayət edilməsindən deyil, həm də məlumatların yarandığı andan maliyyə hesabatlarında əks etdirilməsinə qədər necə idarə olunmasından asılı olur.

BMHS-nin Konseptual Əsaslarına və elmi ədəbiyyata istinad edən tədqiqatda maliyyə informasiyası axını altı mərhələyə bölünür və hər bir mərhələdə meydana çıxa biləcək tipik risk nöqtələri müəyyənləşdirilir. Təhlil göstərir ki, risklər əsasən mərhələlərarası keçid nöqtələrində, xüsusilə sistemlərarası interfeyslərdə, milli mühasibat uçotu təcrübəsindən BMHS-yə keçid prosesində və hesabat dövrünün yekunlaşdırılması zamanı cəmləşir.

Azərbaycan konteksti mühasibat uçotunun hüquqi-normativ bazası və BMHS əsasında maliyyə hesabatları hazırlamaq öhdəliyi daşıyan müəssisələrin müəyyənləşdirilməsi meyarları çərçivəsində nəzərdən keçirilir.

Məqalədə altı əsas prinsipə söykənən idarəetmə mexanizmi təklif olunur: vahid məlumat mənbəyi, hesablar planının BMHS-yə uyğunlaşdırılması, sistemlərarası interfeyslərə nəzarət, hesabat dövrünün bağlanması təqvimi, məlumatlara görə məsuliyyətin müəyyənləşdirilməsi və audit izi. Həmçinin təklif olunan mexanizmin effektivliyinin monitorinqi üçün göstəricilər sistemi təqdim edilir.

Tədqiqat konseptual xarakter daşıyır və təklif edilən göstəricilərin empirik sınaqdan keçirilməsi araşdırmanın sonrakı mərhələlərində nəzərdə tutulur.

Referanslar

1. Appelbaum, D., Kogan, A., & Vasarhelyi, M. A. (2017). Big Data and analytics in the modern audit engagement: Research needs. Auditing: A Journal of Practice & Theory, 36(4), 1–27.

2. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu (2004, 29 iyun). Bakı.

3. Azərbaycan Respublikası Prezidentinin “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanı (sonrakı dəyişikliklərlə). Bakı.

4. Ball, R. (2006). International Financial Reporting Standards (IFRS): Pros and cons for investors. Accounting and Business Research, 36(sup1), 5–27.

5. Barth, M. E., Landsman, W. R., & Lang, M. H. (2008). International accounting standards and accounting quality. Journal of Accounting Research, 46(3), 467–498.

6. Bhimani, A., & Willcocks, L. (2014). Digitisation, ‘Big Data’ and the transformation of accounting information. Accounting and Business Research, 44(4), 469–490.

7. Dechow, P., Ge, W., & Schrand, C. (2010). Understanding earnings quality: A review of the proxies, their determinants and their consequences. Journal of Accounting and Economics, 50(2–3), 344–401.

8. IFRS Foundation. (2018). Conceptual Framework for Financial Reporting. London: IFRS Foundation.

9. Owusu-Ansah, S. (2000). Timeliness of corporate financial reporting in emerging capital markets: Empirical evidence from the Zimbabwe Stock Exchange. Accounting and Business Research, 30(3), 241–254.

10. Vasarhelyi, M. A., Kogan, A., & Tuttle, B. M. (2015). Big Data in accounting: An overview. Accounting Horizons, 29(2), 381–396.

11. Warren, J. D., Moffitt, K. C., & Byrnes, P. (2015). How Big Data will change accounting. Accounting Horizons, 29(2), 397–407.

Yayınlanmış

2026-10-22

Nasıl Atıf Yapılır

RƏQƏMSAL İQTİSADİYYATDA IFRS TƏTBİQİNDƏ İNFORMASİYA AXINININ VAXTINDA VƏ DÜZGÜN İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ. (2026). Horizon Çok Disiplinli Bilimsel Dergi, 1(7), 256-263. https://horizonmsj.com/index.php/hmsjournal/article/view/134

Benzer Makaleler

1-10 : 35

Bu makale için ayrıca gelişmiş bir benzerlik araması başlat yapabilirsiniz.