VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ AZƏRBAYCANIN İNFORMASİYA MÜHARİBƏSİ: PREZİDENT İLHAM ƏLİYEVİN MÜSAHİBƏLƏRİ
Anahtar Kelimeler:
Vətən müharibəsi- informasiya savaşı- Prezident İlham Əliyev- beynəlxalq icma- beynəlxalq hüquqÖz
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev müsahibələrində qonşu və tərəfdaş ölkələrlə münasibətlərə aydınlıq gətirmiş, gələcək ölkələrarası əməkdaşlığın perspektivləri barədə fikirlər səsləndirmişdir. Təbii strateji müttəfiqimiz olan qardaş Türkiyə, strateji müttəfiqimiz olan ABŞ, regionda yaxından əməkdaşlıq etdiyimiz qonşu ölkələrdən olan Rusiya və İranla, həmçinin regional müttəfiqimiz qonşu Gürcüstanla münasibətlərə aydınlıq gətirmişdir. Ölkə rəhbəri informasiya müharibəsində ermənipərəst qüvvələrin səyi nəticəsində beynəlxalq ictimaiyyətdə fikir çaşqınlığı yaratmağa cəhd edən qüvvələri ifşa edərək, əsl həqiqətləri diqqətə gətirərək dünya ictimaiyyətini məlumatlandırmağa və nəticə etibarilə inandırmağa müvəffəq oldu.Dövlətimizin başçısı müsahibələrində Azərbaycan tərəfinin illərdir sülhpərvər mövqe nümayiş etdirdiyini, erməni tərəfinin illərdən bəri destruktiv mövqedə qalaraq danışıqlar prosesini tükəndirdiyini inkarolunmaz dəlillərlə sübut etmişdir. Həmçinin Ermənistanın qanunsuz silahlandırılmasını, Ermənistanda və işğal olunmuş ərazilərdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid olan mədəni abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat mövqelərini ifşaedici dəlillərlə sübut edərək kəskin tənqid etmişdir.
Referanslar
Azərbaycan Respublikası Prezidentinin Rəsmi İnternet Saytı. (2020). İlham Əliyevin xarici KİV-ə verdiyi müsahibələr arxivi (sentyabr–noyabr 2020). https://president.az/az/articles
Azərtac Dövlət Xəbər Agentliyi. (2020). Vətən müharibəsi dövründə informasiya müharibəsi materialları. https://azertag.az
Əliyev, İ. H. (2020). İnkişaf – müstəqilliyimizin təminatıdır (Cild 19: sentyabr 2020 – noyabr 2020). Azərnəşr.
Məmmədov, E. Y. (2020). Vətən müharibəsində Azərbaycanın informasiya diplomatiyası. Strateji Təhlil, (3–4), 15–28.
Rossiya-1. (2020, 29 sentyabr). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi [Televiziya verilişi “60 Dəqiqə”]. Rossiya-1.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

