ORTA MƏKTƏB ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ NİZAMİ GƏNCƏVİ İRSİNİN TƏDRİSİNDƏ İNTERAKTİV TEXNOLOGIYALARIN TƏTBİQİ

Yazarlar

Anahtar Kelimeler:

Nizami Gəncəvi- tədris metodikası- interaktiv təlim- Xəmsə- tənqidi təfəkkür- layihə əsaslı öyrənmə

Öz

Məqalədə ümumtəhsil məktəblərinin ədəbiyyat dərslərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin tədrisi prosesində müasir interaktiv təlim texnologiyalarının tətbiqi imkanları tədqiq edilir. Tədqiqatın elmi aktuallığı XII əsr fəlsəfi-bədii irsinin müasir şagird təfəkkürünə uyğun şəkildə çatdırılmasında ənənəvi tədris metodlarının yetərsizliyi və ədəbiyyat dərslərinin keyfiyyətinin yüksəldilməsi zərurəti ilə şərtlənir.

Tədqiqat zamanı “Xəmsə”yə daxil olan poemaların təhlili nümunəsində layihə əsaslı öyrənmə, konseptual təhlil, debat və klaster kimi interaktiv təlim metodlarının şagirdlərin idrak fəallığına və mənimsəmə səviyyəsinə təsiri sistemli şəkildə araşdırılır. Şagirdlərin dərsin fəal subyektinə çevrilməsi onların klassik mətni daha dərin qavramasına şrait yaradır.

Nəticə etibarilə əsaslandırılır ki, interaktiv texnologiyaların düzgün tətbiqi Nizami Gəncəvi yaradıcılığındakı ümumbəşəri humanizm, ədalət və əxlaqi dəyərləri müasir məktəblilər üçün daha anlaşıqlı və maraqlı edir. Bu yanaşma şagirdlərdə tənqidi, məntiqi və yaradıcı təfəkkür bacarıqlarını formalaşdırmaqla yanaşı, estetik zövqün və milli-mənlik şüurunun inkişafına mühüm töhfə verir.

Referanslar

Yayınlanmış

2026-10-21

Nasıl Atıf Yapılır

ORTA MƏKTƏB ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ NİZAMİ GƏNCƏVİ İRSİNİN TƏDRİSİNDƏ İNTERAKTİV TEXNOLOGIYALARIN TƏTBİQİ. (2026). Horizon Çok Disiplinli Bilimsel Dergi, 1(7), 289-296. https://horizonmsj.com/index.php/hmsjournal/article/view/138

Benzer Makaleler

1-10 : 29

Bu makale için ayrıca gelişmiş bir benzerlik araması başlat yapabilirsiniz.