Mənfi submədəniyyətə qoşulan yeniyetmələrin sosial adaptasiyası və profilaktik tədbirlər
Anahtar Kelimeler:
Mənfi submədəniyyət- yeniyetmə davranışı- sosial adaptasiya- deviant davranış- profilaktik tədbirlərÖz
Məqalədə Yeniyetmələrin mənfi submədəniyyətlərə qoşulması və sosial adaptasiya problemləri onların şəxsiyyət inkişafına, davranışlarına və cəmiyyətə inteqrasiyasına ciddi təsir göstərən mühüm sosial-psixoloji proseslərdəndir. Bu problemlərin yaranmasında əsas amillər kimi ailədaxili münasibətlərin zəifliyi, valideyn nəzarətinin qeyri-kafi olması, məktəb mühitində sosial təcrid, bullinq və akademik uğursuzluqlar, həmçinin həmyaşıd qruplarının güclü təsiri qeyd olunur. Yeniyetmələr bu mərhələdə aidiyyət hissinə və qəbul olunmağa ehtiyac duyduqları üçün bəzən mənfi submədəniyyətlərə yönələ bilirlər. İnformasiya texnologiyaları və sosial şəbəkələr də bu prosesə təsir edərək riskli davranış modellərinin yayılmasını sürətləndirir. Bu problemlərin qarşısının alınmasında profilaktik tədbirlər mühüm rol oynayır. Ailədə emosional dəstəyin gücləndirilməsi, məktəbdə sağlam psixoloji mühitin yaradılması, sosial bacarıqların inkişaf etdirilməsi və psixoloji xidmətlərin təşkili yeniyetmələrin adaptasiya prosesini asanlaşdırır. Eyni zamanda asudə vaxtın səmərəli təşkili, idman və sosial fəaliyyətlərə cəlb olunma onların pozitiv inkişafına şərait yaradır. Nəticə etibarilə, ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti yeniyetmələrin mənfi submədəniyyətlərin təsirindən qorunmasında və onların sağlam sosial şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır.
Referanslar
1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.
2. Bayramov Ə.S., Əliyev B.H. Hüquq psixologiyası. Bakı: Təhsil, 2012.
3. Əmiraslanova S.F. “Çətin” uşaqlar və onlarla aparılan işin psixoloji xüsusiyyətləri. Bakı, 2000.
4. Dr. Alfred Adler. Eğitimi zor çocukların psikolojisi. Kariyer yayıncılık, 2000.
5. Laurence Steinberg. Ergenlik. İmge kitabevi, 2007.
6. Столяренко Л.Д. Педагогическая психология. Ростов-на Дону, 2000.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.