Azərbaycanın turizm potensialının coğrafi xüsusiyyətləri

Yazarlar

  • Səbinə Qasımova Yazar

Anahtar Kelimeler:

Azərbaycan- turizm- turizm potensialı- turizm siyasəti- Böyük İpək Yolu- Dövlət Turizm Agentliyi- iqtisadi inkişaf- turizm infrastrukturu.

Öz

Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, tarixi-mədəni irsi və qonaqpərvərlik ənənələri ilə turizm sahəsinin inkişafı üçün böyük potensiala malik ölkələrdən biridir. Məqalədə Azərbaycanda turizmin formalaşma və inkişaf mərhələləri, bu sahənin iqtisadi və sosial əhəmiyyəti, həmçinin dövlət tərəfindən həyata keçirilən turizm siyasəti təhlil olunur. Araşdırmada göstərilir ki, Azərbaycanın turizm tarixi qədim dövrlərə, Böyük İpək Yolunun ölkə ərazisindən keçdiyi dövrə gedib çıxır. Müxtəlif tarixi mərhələlərdə ölkənin şəhərləri beynəlxalq ticarət və səyahət mərkəzləri kimi inkişaf etmiş, müstəqillik dövründə isə turizm iqtisadiyyatın prioritet sahələrindən birinə çevrilmişdir. Xüsusilə "Turizm haqqında" Qanunun qəbul edilməsi, dövlət proqramlarının həyata keçirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, elektron viza sisteminin tətbiqi və müasir turizm infrastrukturunun yaradılması bu sahənin inkişafına mühüm təkan vermişdir. Məqalədə Azərbaycanın zəngin təbii landşaftları, milli parkları, dağ-xizək mərkəzləri, tarixi abidələri və müalicə-sağlamlıq resurslarının turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli şərait yaratdığı vurğulanır. Eyni zamanda, turizm sektorunun məşğulluğun artırılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ölkənin beynəlxalq imicinin gücləndirilməsi və qeyri-neft sektorunun inkişafındakı rolu qiymətləndirilir. Nəticə olaraq qeyd edilir ki, mövcud potensialdan daha səmərəli istifadə, xidmət keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təbliğatın genişləndirilməsi və davamlı inkişaf prinsiplərinin tətbiqi Azərbaycanın turizm sənayesinin gələcək inkişafını təmin edən əsas amillərdir.

Referanslar

1. Azərbaycan Respublikası Prezidenti. (2002, 27 avqust). Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında (Sərəncam № 1029). E-Qanun. E-Qanun – Dövlət Proqramının mətni

2. Azərbaycanda turizm haqqında . https://www.azerbaijans.com/content_890_az.html

3. Azərbaycan Milli Elmlər Akademiyası. (2007). Azərbaycan tarixi (3 cilddə, I cild). Bakı: Elm.

4. Republic of Azerbaijan Ministry of Foreign Affairs. (n.d.). Relations between Azerbaijan and UNWorld Tourism Organization (UNWTO). https://mfa.gov.az/en/category/international-organisations/relations-between-azerbaijan-and-un-world-tourism-organisation-unwto

5. Strabo. (1924). The Geography of Strabo (H. L. Jones, Trans., Vol. 3). Harvard University Press. https://penelope.uchicago.edu/Thayer/E/Roman/Texts/Strabo/home.html

6. Turizmlə bağlı layihələr və tədbirlər. https://www.azerbaijans.com/content_911_az.html

7. Tourism Towards 2030: Global overview. UN Tourism

8. .World Economic Forum. (2013). The Travel & Tourism Competitiveness Report 2013: Reducing barriers to economic growth and job creation.

Yayınlanmış

2026-07-21

Nasıl Atıf Yapılır

Azərbaycanın turizm potensialının coğrafi xüsusiyyətləri. (2026). Horizon Çok Disiplinli Bilimsel Dergi, 1(4), 5-12. https://horizonmsj.com/index.php/hmsjournal/article/view/93

Benzer Makaleler

21-30 : 33

Bu makale için ayrıca gelişmiş bir benzerlik araması başlat yapabilirsiniz.