ÇAĞDAŞ AZƏRBAYCAN NƏSRİNDƏ İNİSİASİYA
Anahtar Kelimeler:
inisiasiya- çağdaş Azərbaycan nəsri- identiklik- mənəvi transformasiya- mədəni yaddaş- travma- urbanizasiya- mifoloji strukturÖz
Məqalədə çağdaş Azərbaycan nəsrində inisiasiya motivinin poetik və semantik xüsusiyyətləri, fərdin mənəvi-psixoloji transformasiyası və identiklik axtarışı kontekstində təhlil edilir. Tədqiqatın əsas məqsədi inisiasiya strukturunun müasir Azərbaycan romanında qazandığı yeni funksiyaları müəyyənləşdirmək, onun mifoloji, psixoanalitik və mədəni yaddaş aspektlərini sistemli şəkildə araşdırmaqdır. Tədqiqatda antropoloji, psixoanalitik, struktur-semiotik və mədəni yaddaş yanaşmalarından istifadə edilmiş, Arnold van Gennep, Mirça Eliade, Karl Qustav Yunq, Jozef Kempbell, Jan Assmann və Pol Rikerin nəzəri konsepsiyalarına istinad olunmuşdur. Anar, Elçin və Kamal Abdullanın nəsr əsərlərinin təhlili göstərir ki, çağdaş Azərbaycan ədəbiyyatında ənənəvi inisiasiya modeli əhəmiyyətli transformasiyaya uğrayaraq ritual xarakterindən uzaqlaşmış, əsasən psixoloji, ekzistensial və mədəni məzmun qazanmışdır. Müəyyən edilmişdir ki, qəhrəmanın mənəvi dəyişməsi yalnız fərdi böhran və özünüdərk prosesi ilə məhdudlaşmır; kollektiv yaddaş, tarixi travma, müharibə təcrübəsi, urbanizasiya və yadlaşma kimi sosial-mədəni amillərlə də şərtlənir. Nəticələr göstərir ki, çağdaş Azərbaycan romanında inisiasiya süjetyaradıcı motiv olmaqla yanaşı, fərdi və milli identikliyin formalaşmasını, yaddaşın yenidən qurulmasını və modern insanın mənəvi bütövləşmə cəhdlərini ifadə edən kompleks poetik model kimi çıxış edir.
Referanslar
Abdulla, K. (2004). Yarımçıq əlyazma. Bakı: XXI – Yeni Nəşrlər Evi. 288 s.
Anar. (1982). Beşmərtəbəli evin altıncı mərtəbəsi. Bakı: Yazıçı. 240 s.
Assmann, J. (2011). Mədəni yaddaş və erkən sivilizasiya: Yazı, xatırlama və siyasi təxəyyül. Cambridge: Cambridge University Press. 410 s.
Bauman, Z. (2000). Maye modernlik. Cambridge: Polity Press. 240 s.
Campbell, J. (2008). Min sifətli qəhrəman (3-cü nəşr). Novato: New World Library. 418 s.
Caruth, C. (1996). Mənimsənilməmiş təcrübə: Travma, narrativ və tarix. Baltimore: Johns Hopkins University Press. 304 s.
Cəfərov, N. (2009). Azərbaycan ədəbiyyatında milli düşüncə. Bakı: Elm. 312 s.
Eliade, M. (1958). İnisiasiya ayinləri və simvolları: Doğuluş və yenidən doğuluş sirləri. New York: Harper & Row. 190 s.
Eliade, M. (1963). Mif və gerçəklik. New York: Harper & Row. 204 s.
Erikson, E. H. (1968). Identiklik: Gənclik və böhran. New York: Norton. 336 s.
Giddens, A. (1991). Modernlik və özünəməxsus identiklik: Gec modern cəmiyyətdə fərd və cəmiyyət. Stanford: Stanford University Press. 256 s.
Həbibbəyli, İ. (2009). Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı: Nurlan. 667 s.
Hutcheon, L. (1988). Postmodernizmin poetikası: Tarix, nəzəriyyə və bədii nəsr. New York: Routledge. 288 s.
İmanov, M. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, 2021, 234 .
Jung, C. G. (1968). Arxetiplər və kollektiv şüuraltı. Princeton: Princeton University Press. 451 s.
LaCapra, D. (2001). Tarixi yazmaq, travmanı yazmaq. Baltimore: Johns Hopkins University Press. 240 s.
Lotman, Y. M. (1990). Zehnin kainatı: Mədəniyyətin semiotik nəzəriyyəsi. London: I.B. Tauris. 288 s.
Moretti, F. (2000). Dünyanın yolu: Avropa mədəniyyətində tərbiyə romanı (yenidən işlənmiş nəşr). London: Verso. 272 s.
Qarayev, Y. (2005). Seçilmiş əsərləri. Bakı: Elm. 576 s.
Ricoeur, P. (1992). Özü bir başqası kimi. Chicago: University of Chicago Press. 363 s.
Simmel, G. (2002). Metropol və zehni həyat. Oxford: Blackwell. 24 s.
van Gennep, A. (1960). Keçid mərasimləri. Chicago: University of Chicago Press. 224 s.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

