XVIII əsrin I yarısında Rusiyanın Azərbaycanda möhkəmlənmək siyasəti

Müəlliflər

  • Faiq Abışov Müəllif

Açar sözlər

Rusiya imperiyası, Osmanlı imperiyası, I Pyotr, Nadir xan Əfşar, Azərbaycan, Xəzərsahili vilayətlər

Xülasə

Məqalədə ilk əvvəl XVIII əsrin birinci yarısında Rusiya imperiyasının Xəzər dənizi hövzəsində və Cənubi Qafqazda yürütdüyü siyasətin məqsədlərindən, I Pyotrun “Manifest”indən, Rusiyanın Xəzərsahili vilayətlərə marağını şərtləndirən siyasi, iqtisadi və strateji amillərdən, 1722–1723-cü illər Rusiyanın yürüşündən, Dərbəndin və Bakının ələ keçirilməsindən, 1723-cü il Peterburq müqaviləsindən, yerli hakimlərin və əhalinin Rusiya qoşunlarına münasibətindən, Hacı Davudun başçılığı ilə Şirvanda baş verən üsyandan, Rusiya–Osmanlı–İran münasibətlərinin Azərbaycana olan təsirindən bəhs edilir. Aydın olur ki, I Pyotrun ölümündən sonra Rusiya ordusu iqlim şəraiti, xəstəliklər və təchizat çətinlikləri ucbatından xeyli itki verərək bu ərazilərdə möhkəmlənə bilməmişdir. Nəticədə 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə əsasən Rusiya Xəzərsahili vilayətlərdən çıxmağa məcbur olmuşdur. Bununla belə, bu dövrdə qazanılmış təcrübə sonrakı onilliklərdə Rusiyanın Cənubi Qafqaz siyasətinin formalaşmasına təsir göstərmişdir.

Referanslar

1. Azərbaycan tarixi: (Uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı, “Çıraq”, 2009, 861 s.

2. Azərbaycan tarixi: Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər). Bakı, “Elm”, 2007, 563 s.

3. Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, “Müəllim”, 2006, 83 s.

4. Məmmədov İ. Azərbaycan tarixi. Bakı, “Adiloğlu”, 2005, 486 s.

5. Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək). Bakı, “Çıraq”, 2007, 720 s.

6. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. Bakı, “Elm”, 2009, 512 s.

Endirin

Yayımlanıb

2026-11-18

Oxşar məqalələr

11-20 : 49

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.