AZƏRBAYCAN-TÜRKIYƏ MÜNASİBƏTLƏRİ (2000–2020): STRATEJİ TƏRƏFDAŞLIQDAN MÜTTƏFİQLİYƏ DOĞRU

Müəlliflər

  • Elgün Məmmədov Naxçıvan Dövlət Universiteti image/svg+xml Müəllif

Açar sözlər

Azərbaycan, Türkiyə, strateji müttəfiqlik, BTC, TANAP, BTQ, hərbi əməkdaşlıq

Xülasə

Məqalədə 2000–2020-ci illər ərzində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında formalaşan çoxşaxəli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamikası, müqavilə-hüquq bazası, transmilli enerji və nəqliyyat-logistika layihələri, hərbi-strateji əməkdaşlıq mexanizmləri və mədəni-humanitar inteqrasiya prosesləri kompleks şəkildə tədqiq olunur. XXI əsrin ilk iki onilliyində Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturuna əsaslanan ikitərəfli əlaqələr Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YSƏŞ) vasitəsilə institusional müstəviyə daşınmış, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Bakı-Tbilisi-Qars meqa layihələri ilə geoiqtisadi sütunlar üzərində möhkəmlənmişdir. Xüsusilə, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri (TSK) modelinə uyğunlaşdırılması, birgə hərbi təlimlər və müdafiə sənayesi sahəsində (PUA texnologiyaları) inteqrasiya 2020-ci il 44 günlük Vətən müharibəsində Zəfərin mühüm hərbi-texniki və doktrinal zəminini yaratmışdır. Məqalədə həmçinin Naxçıvan Sazişi (2009) və Türk Şurası, TÜRKSOY, YTB vasitəsilə mədəni-humanitar əlaqələrin siyasi-strateji təsir mexanizmləri elmi təhlil edilir.

Referanslar

1. Əliyev, İ. H. (2003–2020). İnkişaf — məqsədimizdir (Çoxcildlik). Azərnəşr.

2. Əliyev, H. Ə. (2000–2003). Müstəqilliyimiz əbədidir (Çoxcildlik). Əziz.

3. Qasımlı, M. (2021). Azərbaycan Respublikasının xarici siyasəti (1991–2020). Elm.

4. Həsənov, A. (2015). Azərbaycanın xarici siyasəti: konseptual əsaslar və praktiki nəticələr. Zərdabi.

5. Məmmədov, N. (2018). Xarici siyasət və milli maraqlar. Çaşıoğlu.

6. Çelik, H. (2021). Türkiye-Azerbaycan İlişkileri (2000-2020). Nobel Yayınları.

7. Aras, B. (2019). Turkey and the Caucasus: Foreign Policy and Security. Routledge.

8. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. (2000–2020). Rəsmi arxiv və bəyanatlar.

9. T.C. Dışişleri Bakanlığı. (t.y.). Arşiv. https://www.mfa.gov.tr

10. TANAP və Bakı-Tbilisi-Qars layihələrinə dair rəsmi hesabatlar (2006–2020).

11. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilə (2010, 16 avqust).

Endirin

Yayımlanıb

2026-10-17

Oxşar məqalələr

21-30 : 34

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.