İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN SÖZ EHTİYATININ ZƏNGİNLƏŞDİRİLMƏSİ VƏ NİTQ BACARIQLARININ İNKİŞAFI

Müəlliflər

  • Günay Şirəliyeva Naxçıvan Dövlət Universiteti image/svg+xml Müəllif

Açar sözlər

ibtidai siniflər, Azərbaycan dili, söz ehtiyatı, lüğət işi, nitq inkişafı, leksik məna, şifahi nitq, yazılı nitq, interaktiv təlim

Xülasə

Məqalədə ibtidai siniflərdə Azərbaycan dili dərsləri prosesində şagirdlərin söz ehtiyatının zənginləşdirilməsi və nitq bacarıqlarının inkişaf etdirilməsi məsələləri geniş şəkildə araşdırılır. Lüğət işinin mahiyyəti, məqsəd və vəzifələri, onun Azərbaycan dili təlimində yeri və əhəmiyyəti müəyyənləşdirilir. Şagirdlərin yaş və idrak xüsusiyyətlərinin yeni sözləri mənimsəməsinə, sözlərin mənasını dərk etməsinə və onları nitqdə düzgün işlətməsinə təsiri nəzərdən keçirilir. Söz ehtiyatının zənginləşdirilməsinin əsas istiqamətləri, o cümlədən sözlərin mənasının kontekst əsasında izahı, sinonim və antonimlərdən istifadə, leksik vahidlərin tematik qruplaşdırılması, mətn üzərində işin təşkili və sözlərin müxtəlif nitq situasiyalarında tətbiqi yolları şərh olunur. Eyni zamanda, didaktik oyunların, yaradıcı çalışmaların, şəkillər əsasında mətn qurma və sual-cavab üsullarının şagirdlərin şifahi və yazılı nitqinin inkişafına təsiri əsaslandırılır. Məqalədə lüğət işinin sistemli və məqsədyönlü təşkili, öyrənilən sözlərin təkrarının təmin edilməsi, onların fəal nitqə daxil olunması və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı metodik tövsiyələr irəli sürülür. Tədqiqatın nəticələri göstərir ki, söz ehtiyatının zənginləşdirilməsi şagirdlərin nitq mədəniyyətinin, rabitəli nitq bacarıqlarının, müstəqil fikir ifadə etmək və ünsiyyət qurmaq qabiliyyətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.

Referanslar

1. Cəfərova, N. B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı: ADPU nəşriyyatı, 2016, 403 s.

2. Cəfərova, N. B. Nitq inkişafı üzrə işin metodikası. Bakı: ADPU nəşriyyatı, 2018, 234 s.

Endirin

Yayımlanıb

2026-10-19

Oxşar məqalələr

1-10 : 57

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.