Təhsil prosesində qiymətləndirmə və monitorinq mexanizmlərinin təhsilin keyfiyyət göstəricilərinə təsirinin sistemli təhlili
DOI
https://doi.org/10.5281/zenodo.20644314Açar sözlər
qiymətləndirmə, monitorinq, təhsildə keyfiyyət, formativ qiymətləndirmə, təhsil idarəçiliyiXülasə
Təhsil sistemində keyfiyyətin təminatı üçün qiymətləndirmə və monitorinq mexanizmlərinin birgə işlənməsi vacibdir. Bu araşdırma Azərbaycan təhsil məkanı üçün qiymətləndirmə və monitorinq anlayışlarını, onların funksiyalarını və keyfiyyət göstəricilərinə təsirini təhlil edir. Metodoloji olaraq normativ sənədlərin analizi, mövcud tədqiqatların konseptual icmalı və təhsilin idarə olunmasında istifadə olunan funksional modellərin müqayisəli təhlili aparılmışdır. Nəticələr göstərir ki, keyfiyyət təlim nəticələrinin əvvəlcədən müəyyən edilmiş standartlarla müqayisəsi əsasında müəyyən edilir və tələbələrin nailiyyətlərinin obyektiv qiymətləndirilməsi keyfiyyətin etibarlı göstəricisidir. Monitorinq prosesinin fasiləsiz məlumat toplanması və təhlili vasitəsilə vəziyyətdəki dinamikanı izləməsi isə keyfiyyətə yönəlmiş dəyişikliklərin vaxtında aşkarlanmasına imkan verir. Qiymətləndirmə statik vəziyyəti, monitorinq isə dəyişiklikləri izlədiyindən hər iki mexanizm birlikdə təhsil prosesinin inkişafına yönələn sistem yaradır. Araşdırma formativ, summativ və diaqnostik qiymətləndirmə formalarının müxtəlif mərhələlərdə istifadə edilməsinin təlimin tam təsvirini verdiyini və məktəb, rayon və milli səviyyələrdə aparılan monitorinqlərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində kritik rol oynadığını aşkarlayır. Tədqiqat məqaləsi qiymətləndirmə və monitorinqin inteqrativ tətbiqinin təhsil keyfiyyətini yüksəltmək üçün əsas olduğunu vurğulayır.
Referanslar
1. Abdullayev, S. (2019). Təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi: funksional modellərin tətbiqi.
Bakı: Magistr dissertasiyası.
2. Əliyev, Y. (2024). Monitorinq və qiymətləndirmə mexanizmləri təhsil keyfiyyətinin göstəricisi kimi.
Təhsil İnstitutu.
3. Əsədova, İ. (2024). Təhsildə keyfiyyət idarəetmə sistemləri və onların dinamikası. Keyfiyyət Təminatı, 1,
12-2
4. Gəncə Dövlət Universiteti. (2023). Ali təhsil sistemində qiymətləndirmə konsepsiyası. Gəncə.
5. Hacıyeva, L. (2021). Formativ qiymətləndirmə və onun tətbiqi üsulları. Azərbaycan Respublikası Təhsil
İnstitutu.
6. Mustafayev, M. (2025). Müasir təhsildə qiymətləndirmə və monitorinq yanaşmaları. Təhsilin inkişafı
jurnalı, 3(1), 45-58.
7. Rəhimova, J. (2025). Qiymətləndirmə və monitorinqin sintezinin təhsilin keyfiyyətinə təsiri. Azərbaycan
Universiteti Xəbərləri, 1(4), 22-33.
8. Rəhimova, J. (2025). Təhsildə qiymətləndirmə və monitorinq: müasir yanaşmalar və onların tətbiqi.
Azərbaycan məktəbi, 4, 113–121
9. Məmmədova İ.M. (2024), Monitorinq və onun tədris prosesinin keyfiyyətinin idarə olunmasında rolu,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, Cild 91, №2,
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Horizon Multidisiplinar Elmi Jurnal

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.

