M. Şəhriyarın anadilli poeziyasında xalq mənəvi mədəniyyətinin etno-linqvistik mənzərəsi

Müəlliflər

Açar sözlər

M.Şəhriyar, etnoqrafik leksika, atalar sözləri və məsəllər, xalq dastanları, muğam terminologiyası

Xülasə

Bu tədqiqat işi M. Şəhriyarın “Heydərbabaya salam” poemasında və digər ana dilli şeirlərində istifadə olunmuş atalar sözləri, məsəllər və xalq deyimlərinin fəlsəfi və sosial-mədəni mahiyyətini araşdırır. Tədqiqatda konkret xalq ifadələrinin ətraflı təhlili təqdim olunur; məsələn, sosial zülmə qarşı davamlı etirazın rəmzi kimi yozulan “Kor tutduğunu buraxmaz” və kənd həyatının çətinliklərinin, eləcə də sosial bərabərsizliyin dərin bədii əksi kimi qiymətləndirilən “İynə bəzər xalqı, özü lüt gəzər” ifadələri bu qəbildəndir. Məqalənin mühüm bir hissəsi şairin yaradıcılığındakı xalq dastanları, ənənəvi nağıllar və muğam sənətinin incəliklərinin tədqiqinə həsr edilmişdir. Şairin irsində “Koroğlu”, “Əsli və Kərəm”, “Dədə Qorqud” kimi dastan qəhrəmanlarının yer alması, həmçinin xalq mahnılarına və müxtəlif muğam dəstgahlarına edilən istinadlar sübut edir ki, Şəhriyarın ədəbi irsi xalqın mənəvi və etnoqrafik mədəniyyətinin hərtərəfli ensiklopediyası rolunu oynayır. Sonda tədqiqatda vurğulanır ki, Şəhriyarın ana dilli poeziyası milli yaddaşın qorunmasında, etnik kimliyin mühafizəsində və bu mədəni zənginliyin gələcək nəsillərə ötürülməsində müstəsna əhəmiyyət kəsb edir.

Referanslar

1. Əliyev K.İ. Şəhriyar və folklor. - Bakı, Kaspi, 2016

2. Şəhriyar. Yalan dünya. Bakı, Azərbaycan Ensiklopediyası, 1993

3. Şəhriyar. Aman ayrılıq (poema və şeirlər). Bakı, Yazıçı, 1981

4. Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Avrasiya press, 2005

5. Zeynalova V. Şəhriyarın anadilli poeziyasında folklor etnik-milli düşüncə layı kimi. – Bakı, Dədə Qorqud, 2014

Yayımlanıb

2026-06-16

Oxşar məqalələr

1-10 : 18

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.