ARAZ-TÜRK RESPUBLİKASININ TARİXİ COĞRAFİYASI
Anahtar Kelimeler:
Naxçıvan- Araz-Türk Respublikası- XX əsrin əvvəlləri- erməni daşnakları- Azərbaycan Xalq Cümhuriyyəti- Osmanlı dövləti- tarixi coğrafiyaÖz
Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı dövləti 30 oktyabr 1918-ci ildə imzalanmış Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq ordusunu Naxçıvandan çıxarmağa məcbur oldu. Osmanlı ordusunun Naxçıvandan çıxarılmasını bütün Azərbaycan ictimaiyyəti kədərlə qarşıladı. Müqaviləyə görə, Osmanlı dövləti Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli idi. Bütün bunlara baxmayaraq, siyasi vəziyyəti həddindən artıq çətin və mürəkkəb olan Osmanlı dövləti Naxçıvanı darda qoymadı. Kazım Qarabəkir paşanın dəstəyi ilə Naxçıvan Müsəlman Milli Şurası bölgənin təhlükəsizliyini təmin etmək üçün Araz-Türk Cümhuriyyətini yaratdı. Araz-Türk Respublikasının yaradılmasında yeganə məqsəd Naxçıvanın üzləşdiyi təhlükələri aradan qaldırmaq idi. Araz-Türk Respublikasının yaranması Naxçıvanın tarixi coğrafiyasına təsirsiz ötüşməmişdir. XX əsrin əvvəllərində Naxçıvanda qurulmuş Araz-Türk Respublikası mürəkkəb hərbi-siyasi şəraitdə bu diyarın erməni təcavüzündən xilas edilməsinə və ölkənin ərazi bütövlüyünün təmin olunmasına uğurla xidmət etmişdir. Cəmi beş ay fəaliyyət göstərən bu qurum torpaqlarımızın erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünə xidmət etdi. Araz-Türk Respublikası dövründə əldə edilmiş nailiyyətlər təkcə o dövr üçün yox, Naxçıvan bölgəsinin taleyi, bu günü və gələcəyi üçün də çox böyük əhəmiyyətə malikdir.
Referanslar
1. Atnur, İ.E. Osmanlı idarəçiliyindən Sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921) / İ.Atnur. Naxçıvan: Əcəmi NPB, 2013. 496 s.
2. Cəfərov, H.R. Araz-Türk Respublikası və Naxçıvanın tarixində onun yeri // Naxçıvan: “Naxçıvan” jurnalı, 2009. №19, s. 56-64.
3. Hacıyev, A. Qars və Araz-Türk respublikalarının tarixindən /A.Hacıyev. Bakı: Azərnəşr, 1994. 97 s.
4. Hacıyev, İ.M. Araz-Türk Respublikası // Bakı: Təfəkkür jurnalı. 2016, №1(10), s. 46-60.
5. Hacıyev, İ.M. Araz-Türk Respublikası Naxçıvanın erməni işğalından qorunmasında mühüm rol oynamışdır // “Şərq qapısı” qəzeti. 2013, 26 yanvar. s. 3.
6. Hacıyev, İ.M. Araz-Türk Respublikasının yaranması və bölgənin erməni işğalından qorunması uğrunda mübarizəsi // Bakı: Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə jurnalı. 2018. №1(61), s. 145-154.
7. Hacıyev, İ.M. Kəlbizadə E.H. Naxçıvan tarixinə dair qaynaqlar /İ. Hacıyev, E. Kəlbizadə. Bakı: Elm və təhsil, 2018. 328 s.
8. Hacıyev, İ.M. Naxçıvanın muxtariyyət satatusu // Naxçıvan qədimdən günümüzə qədər (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu). Bakı: Viktory, 2014. s. 3-28.
9. Həsənli, C.P. Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti (1918-1920) / C.Həsənli. Bakı: Garisma MMC, 2009. 576 s.
10. Hüseynzadə, L. Araz şahiddir. Türk ordu generalı Kazım Qarabəkir paşa Naxçıvanda (1918-1920-ci illər) / L.Hüseynzadə. Bakı: Nurlan, 2001. 80 s.
11. Kəlbizadə, E.H. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı) / E.H.Kəlbizadə. Naxçıvan: Əcəmi, 2016. 200 s.
12. Musayev, İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) / İ.Musayev. Bakı: BDU. 1996. 329 s.
13. Mustafa, N. Milli mücadilə qəhrəmanı - İbrahim bəy Cahangiroğlu / Xalq qəzeti. 1998, 30 may. s. 3.
14. Səfərli, H.Y. Naxçıvan bölgəsinin tarixi coğrafiyası haqqında qeydlər // Naxçıvan: AMEA Naxçıvan Bölməsinin Xəbərləri, İctimai və humanitar elmlər seriyası. 2012. C. 8. №1, s. 26-31.
15. Ünüvar. V. Naxçıvanda 8 ay bolşeviklərlə üz-üzə (1920-1921) /V.Ünüvar. Naxçıvan: Əcəmi, 2014. 96 s.
16. Acar, Z.Z. Araz-Türk Cumhuriyeti // II Uluslararası Aras havzası sempozyumu, İstanbul, 13-15 Aralık, 2001. s. 372-386.
17. Gökdemir, A.E. Cenûbî-Qarbi Kafkas Hükûmeti. /E.Gökdemir. Ankara, 1998, 307 s.
18. İpek, N. Ulus Devlet Anlayışı ve Aras Türk hükümeti // Tarih ve Kültür Ekseninde Orta Aras Havzası Uluslararası Sempozyumu. 17-18 Kasım 2018. Ankara: Erdal Basım Yayın Dağıtımı, 2018. s. 77-103.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

