Təhsil prosesində qiymətləndirmə və monitorinq mexanizmlərinin təhsilin keyfiyyət göstəricilərinə təsirinin sistemli təhlili
Anahtar Kelimeler:
qiymətləndirmə- monitorinq- təhsildə keyfiyyət- formativ qiymətləndirmə- təhsil idarəçiliyiÖz
Təhsil sistemində keyfiyyətin təminatı üçün qiymətləndirmə və monitorinq mexanizmlərinin birgə işlənməsi vacibdir. Bu araşdırma Azərbaycan təhsil məkanı üçün qiymətləndirmə və monitorinq anlayışlarını, onların funksiyalarını və keyfiyyət göstəricilərinə təsirini təhlil edir. Metodoloji olaraq normativ sənədlərin analizi, mövcud tədqiqatların konseptual icmalı və təhsilin idarə olunmasında istifadə olunan funksional modellərin müqayisəli təhlili aparılmışdır. Nəticələr göstərir ki, keyfiyyət təlim nəticələrinin əvvəlcədən müəyyən edilmiş standartlarla müqayisəsi əsasında müəyyən edilir və tələbələrin nailiyyətlərinin obyektiv qiymətləndirilməsi keyfiyyətin etibarlı göstəricisidir. Monitorinq prosesinin fasiləsiz məlumat toplanması və təhlili vasitəsilə vəziyyətdəki dinamikanı izləməsi isə keyfiyyətə yönəlmiş dəyişikliklərin vaxtında aşkarlanmasına imkan verir. Qiymətləndirmə statik vəziyyəti, monitorinq isə dəyişiklikləri izlədiyindən hər iki mexanizm birlikdə təhsil prosesinin inkişafına yönələn sistem yaradır. Araşdırma formativ, summativ və diaqnostik qiymətləndirmə formalarının müxtəlif mərhələlərdə istifadə edilməsinin təlimin tam təsvirini verdiyini və məktəb, rayon və milli səviyyələrdə aparılan monitorinqlərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində kritik rol oynadığını aşkarlayır. Tədqiqat məqaləsi qiymətləndirmə və monitorinqin inteqrativ tətbiqinin təhsil keyfiyyətini yüksəltmək üçün əsas olduğunu vurğulayır.
Referanslar
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.