Eyni sinifdə fərqli dünyalar:Uşaqlar arasında təhsil bərabərliyi

Müəlliflər

  • Nabat Xanlarzadə Müəllif

Açar sözlər

Təhsil bərabərliyi, sosial fərqlər, maddi fərqlər, şəhər və kənd məktəbləri, təhsil imkanları

Xülasə

Bu məqalədə təhsildə bərabərlik və eyni sinifdə oxuyan uşaqlar arasında mövcud olan fərqlər araşdırılır. Təhsil insan həyatında əsas hüquqlardan biri olmaqla yanaşı, fərdin gələcək inkişafında mühüm rol oynayır. Lakin bütün uşaqlar eyni imkanlara malik deyil. Maddi vəziyyət, ailə mühiti, yaşanılan bölgə, texnologiyaya çıxış və müəllim yanaşması uşaqlar arasında fərqlər yaradan əsas amillərdir. Bəzi uşaqlar əlavə hazırlıq, kurslar və texnoloji vasitələrdən istifadə edə bildiyi halda, digərləri bu imkanlardan məhrum qalır. Məqalədə həmçinin şəhər və kənd məktəbləri arasındakı fərqlər, repetitor hazırlığının təsiri və texnologiyanın təhsildə yaratdığı bərabərsizlik izah olunur. Bu fərqlər uşaqların dərs nəticələrinə və psixoloji vəziyyətinə birbaşa təsir edir. Təhsil bərabərliyi isə hər bir uşağın sosial statusundan asılı olmayaraq eyni keyfiyyətli təhsil almaq imkanı deməkdir. Nəticə olaraq, təhsildə ədalətin təmin olunması üçün dövlətin, müəllimlərin və cəmiyyətin birgə məsuliyyəti vacibdir.

Referanslar

Endirin

Yayımlanıb

2026-06-05

Oxşar məqalələr

1-10 : 27

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.