Türkiyə-Azərbaycan münasibətlərində Naxçıvanın yeri
DOI:
https://doi.org/10.5281/zenodo.20799119Anahtar Kelimeler:
Türkiyə–Azərbaycan münasibətləri- Naxçıvan Muxtar Respublikası- strateji tərəfdaşlıq- Qars müqaviləsi- Zəngəzur dəhlizi- regional təhlükəsizlik- iqtisadi əməkdaşlıqÖz
Naxçıvan Muxtar Respublikası Azərbaycan və Türkiyə arasında yeganə quru sərhədinə malik olmaqla iki ölkə arasındakı strateji əməkdaşlıqda mühüm rol oynayır. Xüsusilə müasir geosiyasi proseslər, regional inteqrasiya təşəbbüsləri və Zəngəzur dəhlizi layihəsi Naxçıvanın əhəmiyyətini daha da artırmışdır. Tədqiqatın məqsədi Naxçıvan Muxtar Respublikasının Türkiyə–Azərbaycan münasibətlərində strateji, siyasi, iqtisadi və mədəni əhəmiyyətini araşdırmaq, regionun iki qardaş dövlət arasında əlaqələrin inkişafındakı rolunu müəyyənləşdirməkdir. Araşdırmada tarixi-müqayisəli, sistemli təhlil və mənbəşünaslıq metodlarından istifadə edilmişdir. Mövzu ilə bağlı elmi ədəbiyyat, rəsmi sənədlər və beynəlxalq müqavilələr təhlil olunmuşdur.Tədqiqat göstərir ki, Naxçıvan Muxtar Respublikası Türkiyə–Azərbaycan münasibətlərinin əsas strateji dayaqlarından biridir. Region nəqliyyat, enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində mühüm funksiyalar yerinə yetirir. Qars müqaviləsindən başlayaraq günümüzədək Naxçıvan iki dövlət arasında siyasi və mədəni əlaqələrin inkişafına töhfə vermişdir. Zəngəzur dəhlizi perspektivi isə Naxçıvanın tranzit və inteqrasiya mərkəzi kimi rolunu daha da gücləndirə bilər. Beləliklə, Naxçıvan regional əməkdaşlığın və türk dünyası inteqrasiyasının mühüm geosiyasi məkanlarından biri olaraq çıxış edir.
Referanslar
1. Cabbarlı, Ə. H. (2015). Heydər Əliyev və Naxçıvan tarixi məsələləri. Əcəmi NPB.
2. Əliyev, A., & Qasımov, Ə. (2001). Naxçıvan Muxtar Respublikası (I hissə). Bakı.
3. Kərimov, X., & Quliyev, N. (1997). Universitetimiz əlaqələr orbitində. Naxçıvan.
4. Qasımov, M. (1992). Azərbaycan Respublikası dünya meridianlarında. Bakı.
5. Rəhimov, R. (2019). Naxçıvan Muxtar Respublikasının xarici əlaqələri tarixindən (1991–2001-ci illər). Naxçıvan.
6. Naxçıvan TV. (2020, November 10). Mustafa Kamal Atatürk Naxçıvanda anıldı. https://ntv.az/news/siyaset/37647-mustafa-kamal-ataturk-naxcivanda-anildi
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
