Regional iqtisadi inkişafda Naxçıvan Muxtar Respublikasının diversifikasiyası və onun geoiqtisadi vəziyyəti

Yazarlar

DOI:

https://doi.org/10.5281/zenodo.20829913

Anahtar Kelimeler:

geoiqtisadiyyat- geoiqtisadi siyasət- diversifikasiya- beynəlxalq iqtisadi münasibətlər

Öz

Məqalədə diversifikasiya proseslərinin geoiqtisadi vəziyyətə təsirini təhlil etmək üçün müəllif geoiqtisadi siyasətin məzmun və mahiyyətini açmış, onun əsas aspekt və parametrlərinin izahını vermişdir. Ayrı-ayrı ölkələrin alim və tədqiqatçılarının geoiqtisadiyyatın mahiyyətinə yanaşmaları təhlil edilmiş, müasir dövrdə geoiqtisadi prosesləri şərtləndirən meyl və parametrlər araşdırılmışdır. Beynəlxalq iqtisadi münasibətlərin möhkəmləndirilməsində və genişləndirilməsində geoiqtisadi siyasətin rolu və əhəmiyyəti izah olunmuşdur. 2017-2024-ci illəri əhatə edən dövr ərzində Naxçıvan Muxtar Respublikasında makroiqtisadi göstəricilərin dinamikasının təmin olunmasında diversifikasiyanın rolu təhlil edilmiş, bu proseslərin geoiqtisadi vəziyyətə təsiri istiqamətləri təhlil olunmuşdur. Məqalədə həmçinin iqtisadi diversifikasiya prosesinin zəruriliyi və ona təsir edən amillər şərh olunmuşdur. Həmin amillərdən biri olan biznes fəaliyyətinin məzmun və mahiyyəti açıqlanmış, iqtisadi dinamikaya təsiri izah olunmuşdur. Biznes siyasətinin, biznes mühitinin və ümumiyyətlə biznes fəaliyyətinin iqtisadi ədəbiyytlarda rast gəlinən müxtəlif izahları ümumiləşdirilmiş, onların iqtisadi xarakteristikası verilmişdir. Diversifikasiya proseslərini uğurla reallaşdıran Norveç, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə formalaşan təcrübənin müsbət meylləri təhlil edilmiş, onların Naxçıvan Muxtar Respublikasında tətbiqi imkanları təklif olunmuşdur. Həmin təcrübələrin ən qabaqcıl elementlərinin iqtisadi əhəmiyyəti vurğulanmış, onlardan istifadə üzrə təkliflər verilmişdir.

Referanslar

1.Dayızadə H. «Siyasət və konfliktlər». Bakı, 1998.

2.Фархутдинов И.З. «Глобализация и геоэкономика: новые правовые парадигмы мироустройства». Законодательство и экономика. №4, апрель 2004.

3.Маккиндер Х. «Геоэкономика и ее основные параметры». М.:Наука, 2019, 267 стр.

4.İzahlı iqtisadi terminlər lüğəti. Akademik Ə.M.Abbasov, i.e.d.M.M.Bağırov, i.e.d.D.A.Bağırov, i.e.d.C.H.Pürhani. Bakı, Nurlan, I cild, 2005, səh 536.

5.Kərimli İ.A. “Azərbaycanın geoiqtisadi inkişaf konsepsiyası və milli iqtisadi mənafelər problemi”. Bakı, Vergi jurnalı, 2012, №3, səh 131-134. (Ədəbiyyat siyahısı APA 7 də verilməlidir.

Yayınlanmış

2026-06-17

Nasıl Atıf Yapılır

Regional iqtisadi inkişafda Naxçıvan Muxtar Respublikasının diversifikasiyası və onun geoiqtisadi vəziyyəti. (2026). Horizon Çok Disiplinli Bilimsel Dergi, 1(3), 139-147. https://doi.org/10.5281/zenodo.20829913

Benzer Makaleler

Bu makale için ayrıca gelişmiş bir benzerlik araması başlat yapabilirsiniz.