MÜHARİBƏ DÖVRLƏRİNDƏ MÜLKİ MÜDAFİƏ KƏŞFİYYATININ VƏZİFƏLƏRİ VƏ TƏDRİSİ MƏSƏLƏLƏRİ

Müəlliflər

Açar sözlər

müharibələr, hərbi münaqişələr, siyasi gərginliklər, fövqəladə hadisələr, Mülki müdafiə kəşfiyyatı, kəşfiyyatın növləri, zərərçəkmiş insanlar

Xülasə

Məqalədə müasir dövrdə dünyada baş verən müharibələr, hərbi münaqişələr, siyasi gərginliklər və müxtəlif xarakterli fövqəladə hadisələr əhalinin təhlükəsizliyinin təmin edilməsini, insanların həyat və sağlamlığının qorunmasını dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi göstərilmişdir. Demək lazımdırki, müharibə dövründə mülki müdafiə kəşfiyyatının əhəmiyyəti daha da artır. Çünki hərbi əməliyyatlar zamanı vəziyyət sürətlə dəyişə, yaşayış məntəqələri və mühüm obyektlər zərər görə, rabitə və nəqliyyat sistemlərinin fəaliyyəti pozula bilər. Belə şəraitdə ərazidəki real vəziyyətin vaxtında müəyyən edilməsi və təhlükələrin düzgün qiymətləndirilməsi insanların həyatının xilas olunmasında həlledici rol oynaya bilər. Məsələn, dağıntıya məruz qalmış ərazidə xilasetmə işlərinə başlamazdan əvvəl binaların dayanıqlığı, yanğın təhlükəsi, qaz sızması ehtimalı, yolların keçilməz vəziyyətə düşməsi və zərərçəkmiş insanların yerləşdiyi yerlər haqqında məlumatların toplanması vacibdir. Bu məlumatlar xilasedicilərin fəaliyyətinin düzgün təşkil edilməsinə, əlavə itkilərin qarşısının alınmasına və mövcud qüvvə və vasitələrdən səmərəli istifadə olunmasına imkan yaradır.

Referanslar

1. Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu. Azərbaycan Respublikasının mülki müdafiə sahəsində qanunvericiliyi. Rəsmi mənbə: https://mia.gov.az/en/legislation/1/view/51/

2. O.R.Rzayev.Fövqalədə hallarda Mülki müdafiə. Dərs vəsaiti.Naxçıvan.2021.

3. O.R.Rzayev.Fövqəladə halların nəticələrinin aradan qaldırılması və idarə edilməsi.Dərs vəsaiti. Naxçıvan.2026.

4. Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi (UNDRR). Milli Fəlakət Riskinin Qiymətləndirilməsi: Milli Mütəxəssislər üçün Bələdçi. 2025.

5. Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi (UNDRR). Fəlakətlər zamanı zərərli məlumat: Daha təhlükəsiz qərarlar üçün risk kommunikasiyası.2026.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi. https://fhn.gov.az/

Endirin

Yayımlanıb

2026-10-27

Oxşar məqalələr

1-10 : 22

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri