HƏRBİ ETİKANIN ƏSASLARI: HƏRBİ QULLUQÇULAR ARASINDA QARŞILIQLI MÜNASİBƏTLƏR, BÖLMƏDƏ SAĞLAM ƏHVAL-RUHİYYƏNİN YARANMASINDA KOLLEKTİVİN ROLU
Açar sözlər
Hərbi etika, hərbi xidmət, əxlaqi münasibətlər, insani əxlaq, peşə etikası, hərbi qulluqçularXülasə
Hərbi qulluqçular və onların qarşılıqlı münasibətləri hərbi xidmətin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və hərbi kollektivdə sağlam mənəvi-psixoloji mühitin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Hərbi qulluqçular arasında münasibətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərinə, qarşılıqlı hörmətə, intizama, hərbi yoldaşlıq və məsuliyyət prinsiplərinə əsaslanır.
Hərbi qulluqçular öz vəzifələrini yerinə yetirərkən komandirlərin və rəislərin qanuni əmrlərinə əməl etməli, tabelik qaydalarına riayət etməli, bir-birinə hörmətlə yanaşmalı və kollektivin mənafeyini qorumalıdırlar. Hərbi kollektivdə qarşılıqlı etimadın, intizamın və birliyin möhkəmləndirilməsi xidmət vəzifələrinin uğurla yerinə yetirilməsinə şərait yaradır.
Mövzuda hərbi qulluqçuların hüquq və vəzifələri, komandirlər və tabelikdə olan şəxslər arasındakı münasibətlər, hərbi salamlaşma qaydaları, qarşılıqlı davranış normaları və hərbi intizamın əhəmiyyəti nəzərdən keçirilir. Eyni zamanda, hərbi qulluqçular arasında yoldaşlıq münasibətlərinin, qarşılıqlı yardımın və məsuliyyət hissinin formalaşdırılmasının vacibliyi vurğulanır.
Mövzunun əsas məqsədi hərbi qulluqçularda nizam-intizamlı davranış, qarşılıqlı hörmət, kollektiv məsuliyyət və vətənpərvərlik keyfiyyətlərini inkişaf etdirmək, onların hərbi xidmətə hazırlığını və mənəvi-psixoloji dayanıqlığını yüksəltməkdir.
Referanslar
1. Əliyev, H.Ə. Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır. Gənclərin I forumunda çıxışı, // “Xalq” qəzeti, –1996, 6 fevral, – s.12. 2. Əliyev, H.Ə. Heydər Əliyevin bəyanatı // “Azərbaycan müəllimi” qəzeti, –2000, 16-22 avqust. № 33, – s.15
2. Əliyev, İ.H. “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə keçrilən təntənəli hərbi paradda nitqi” // Respublika. “Azərbaycan” qəzeti, –2018, 26 iyun – s.2.
3.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnaməsi-2022.səh.06-16
4.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi-2022.
5.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi-2022.səh.06-16.
İnternet resusu
6. Abdullayev, M. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir [Elektron resurs] / Yeni Azərbaycan, – Bakı. – sentyabr 3, 2021. URL https://www.yeniazerbaycan.com/Arxiv_e60953_az.html
7. Cəfərli, R Cənab İlham Əliyev tarixi ədaləti dəmir yumruqla bərpa etdi. [Elektron resurs] / Azərbaycan. Dekabr 21, 2020. URL http://dashkesen-ih.gov.az
/az/news/1111.html
8. Həsənqarayev,T. Aprel döyüşləri. [ Elektron resurs] / Azad Ensiklopediya. –Aprel 5, 2022. URL https://az.wikipedia.org/wiki/Aprel_döyüşləri
9. Hüseynova, L. Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir [Elektron resurs] / Azərbaycan Ordusu.–İyul 10, 2021.https://mod.gov.az/az/pre/ 36745. html
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Horizon Multidisiplinar Elmi Jurnal

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.

