NAXÇIVAN DİYARINDA TƏSƏRRÜFAT HƏYATINDAN TOPLANANAN VERGİ VƏ RÜSUMLAR (XVIII-XIX ƏSRLƏR)
Anahtar Kelimeler:
Naxçıvan- XVIII-XIX- kənd təsərrüfatı- sənətkarlıq- ticarət əlaqələri- vergi- rüsumÖz
Məqalədə XVIII–XIX əsrlərdə Naxçıvan diyarında təsərrüfat həyatından toplanan vergi və rüsumların mahiyyəti, növləri və sosial-iqtisadi təsirləri kompleks şəkildə təhlil olunmuşdur. Araşdırmada göstərilir ki, bu dövrdə bölgədə əkinçilik, maldarlıq və sənətkarlıq sahələrinin inkişafı, eləcə də daxili və xarici ticarət əlaqələrinin genişlənməsi vergi sisteminin daha da formalaşmasına və çoxşaxəli xarakter almasına səbəb olmuşdur. Vergilər həm natural, həm də pul formasında yığılaraq dövlətin maliyyə ehtiyaclarının ödənilməsində mühüm rol oynamışdır. Eyni zamanda, müxtəlif adlar altında tətbiq edilən vergi və rüsumların (torpaq vergiləri, məhsul vergiləri, ticarət rüsumları və s.) artması əhalinin iqtisadi yükünü ağırlaşdırmış, xüsusilə kəndli və sənətkar təbəqəsinin sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Məqalədə vurğulanır ki, vergi siyasəti bir tərəfdən təsərrüfat həyatının tənzimlənməsi və dövlət büdcəsinin möhkəmləndirilməsinə xidmət etsə də, digər tərəfdən istehsalçı qüvvələrin inkişafını müəyyən dərəcədə məhdudlaşdırmışdır. Beləliklə, tədqiqat nəticəsində müəyyən edilir ki, XVIII–XIX əsrlərdə Naxçıvan diyarında vergi və rüsumlar həm iqtisadi sistemin ayrılmaz tərkib hissəsi olmuş, həm də əhalinin sosial-iqtisadi həyatına ciddi təsir göstərən əsas amillərdən biri kimi çıxış etmişdir.
Referanslar
Azərbaycan Respublikasının Vergilər Nazirliyi. (n.d.). Tarixi keçmişimizin vergi və mükəlləfiyyət sistemindən. https://www.taxes.gov.az/vn/child/download/vergitarixi
Dadaşova, R. (2003). Səfəvilərin son dövrü (İngilisdilli tarixşünaslıqda). Nurlan.
Əliyev, F. (1964). XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı.
Əliyev, F., & Əliyev, M. (1996). Naxçıvan xanlığı (1747–1828). Azərnəşr.
Gülmalıyev, M. M. (1989). XVIII əsrin son rübü–XIX əsrin birinci yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Elm.
Geydarov, M. (1967). Remeslennoe proizvodstvo v gorodakh Azerbaidzhana v XVII v. Izdatel’stvo AN Azerb. SSR.
Hacıyeva, S. (2016). Orta əsrlər dövründə Naxçıvanda bazarların inkişafı. AMEA Naxçıvan Bölməsinin Xəbərləri (Humanitar və ictimai elmlər seriyası), (3), 35–41.
Hacıyeva, S. (2018). XVIII–XIX əsrlərdə Naxçıvanda kənd təsərrüfatı məhsullarından alınan vergilər. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, (3), 39–47.
İsayev, E. (2012). Böyük İpək yolu və Naxçıvan. Elm və Təhsil.
Minorsky, V. (Trans.). (1943). Tadhkirat al-Muluk: A manual of Safavid administration (circa 1137/1725) [Persian text in facsimile, B.M. Or. 9496]. Luzac and Co.
Muradov, V. (2017). Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII–XX əsrin əvvəlləri). Elm.
Məmmədov, H. (2001). Naxçıvan sancağının müfəssəl dəftəri (Z. Bünyadov & H. Məmmədov, Trans.). Elm.
Никитин, К. Н. (1882). Город Нахичевань и Нахичеванский уезд. Сборник материалов для описания местностей и племён Кавказа, Вып. 2, 109–142. Изд. Упр. Кавказского учебного округа.
Rossiyskiy Gosudarstvennyy Istoricheskiy Arkhiv (RGIA). (n.d.). Po povodu predpolozheniya Glavnogo Kavkazskogo Nachalstva ob obrashchenii urochishcha “Dzhul’fy”, Nakhichevanskogo u., Erivanskoy gub., v gorod (F. 1405, Op. 532, D. 323, L. 10).
Şahverdiyev, Z. (2008). Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Elm.
Tavernier, J. (2006). Tavernier seyahatnamesi (S. Yerasimos, Ed.; T. Tuncdoğan, Trans.). Kitab Yayınevi.
Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. (1885). Т. 1. Типография А. А. Михельсона.
İndir
Yayınlanmış
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2026 Horizon Çok Disiplinli Bilimsel Dergi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

