NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILAN KİSƏLİ MAKROMİSETLƏRİN TAKSONOMİK SPEKTRİ VƏ İSTİFADƏ İMKANLARI
Açar sözlər
kisəl makromisetlər, cins, növ, sistematik qruplar, yayılma zonaları, istifadə imkanlarıXülasə
2010 - 2026-cı illərdə aparılan tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikasında kisəli makromisetlərin növ müxtəlifliyi öyrənilmişdir. Gedilən ekspedisiyalar və ədəbiyyat məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası ərazisində kisəli makromisetlərin bir sinif (Pezizomycetes O.E.Erikss. Winka), 3 fəsilə (Morchellaceae Rchb. Helvellaceae Fr., Pezizaceae Dumort.), 4 cinsə (Morchella Dill.ex.Pers., Gyromitra Fr., Helvella St. Am., Terfezia (Tul. C.Tul.) Tul. C.Tul.) daxil olan 8 (Morchella esculenta (L.) Pers., M. conica Fr., M. crassipes (Vent.) Pers., M.elata Fr., Gyromitra gigas (Krombh.) Gke., Helvella lacunosa Fr., H. crispa (Scop.) Fr., Terfezia leonis Tul.) növü yayılmışdır.
Morchella cinsi dörd növlə üstünlük təşkil etmiş, Helvella, Gyromitra və Terfezia cinsləri isə daha məhdud yayılmışdır. Morchella crassipes, M. elata, Helvella lacunosa, H. crispa və Gyromitra gigas növləri ilk dəfə Naxçıvan Muxtar Respublika mikobiotasına daxil edilmişdir ki, bu da bölgənin göbələk müxtəlifliyinin əvvəlki tədqiqatlarda tam öyrənilmədiyini göstərir. Kisəli göbələklərin əsasən Ordubad, Şahbuz,Şərur, Culfa və Babək rayonlarında daha geniş yayılması onların rütubət və iqlim şəraitindən güclü asılı olduğunu təsdiq edir. Müəyyən edilmiş növlər yalnız taksonomik baxımdan deyil, həm də qida, dərman, iqtisadi və ekoloji əhəmiyyətinə görə mühüm dəyərə malikdir. Morchella və Terfezia cinslərinə daxil olan növlərin yüksək bazar dəyəri və tibbi əhəmiyyəti onların qorunması və becərilməsinin vacibliyini göstərir.
Nəticələr göstərir ki, Naxçıvan Muxtar Respublika ərazisi kisəli göbələklərin yayılması üçün əlverişli regiondur. Gələcəkdə molekulyar identifikasiya metodlarının tətbiqi və bioekoloji xüsusiyyətlərin daha dərindən öyrənilməsi bu göbələklərin elmi və praktik istifadəsini daha da genişləndirəcəkdir.
Referanslar
1. Sadıqov A.S. Azərbaycan mikroflorasında qeyd edilməmiş 2 növ yeməli göbələk // Azərbaycan SSR Elmlər Akademiyasının məruzələri, XXXV c, № 4, 1979, s.73-74
2. Sadıqov A.S. Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: Elm, 2007, 124 səh.
3. Mehdiyeva N.Ə. Mikologiya. Bakı: Mütərcim, 2006, 300 s.
4. Seyidova H.S. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı göbələklər. Bakı: Ləman nəşriyyat poliqrafiya MMC, 2017, 168 s.
5. Seyidova H.S Naxçıvan Muxtar Respublikasında yayılan kisəli göbələklər // AMEA Mikrobiologiya İnstitutunun elmi əsərləri, 2012, cild 10, № 1, s,189-192
6. Ахундов Т.М. Микофлора Нахичеванской АССР, Баку, Элм, 1979, с.166
7. Джафаров С.А. Биология съедобного гриба Терфезиа леонис Тул. (Домбалан) и его распространение в Азербайджане // Известия АН Азерб. ССР, серия биологических наук, 1965, № 6, с. 15-22
8. Сейидова Г.С. Шляпочные грибы Шахбузского Государственного Природного Заповедника Нахчыванской Автономной Республики Азербайджана // Заповедное дело в Украине, 2010, т.16, вып. 2, с.36-40
9. Горленко М.В., Бондарцева М.А., Гарибова Л.В., Сидорова И.И., Сизова Т.П. Грибы СССР. М.: Мысль. 1980,303 с.
10. Index Fungorum https://www.indexfungorum.org/names/names.asp
11. MycoBank https://www.mycobank.org/
12. Seyidova, H.S., & Huseyin, E. Macrofungi of Nakhchivan (Azerbaijan) Autonomous Republic. Turkish Journal of Botany, 2012, 36(6), 761-768. https://doi.org/10.3906/bot1101-43
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Horizon Multidisiplinar Elmi Jurnal

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.

